Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri nəhayət ki, baş tutdu. Səfər çərçivəsində Azərbaycan Prezidentinin qəbulunda olan Rusiya XİN rəhbəri bir sıra maraqlı açıqlamalar vermıklə yadda qaldı.
Rusiya XİN rəhbərinin Bakı səfərini əsas etibarilə Azərbaycan-Rusiya strateji müttəfiqliyinin 1 ili ilə əlaqələndirsələr də, ancaq səfərin arxasında tamamilə başqa maraqların olduğu iddia edilir. Elə "Xəbər Mərkəzi" Analitik Qrupu da bu qən qənatədədir.
Analitik Qrupdan Newscenter.az-a daxil olan açıqlamada bildirilib ki, Lavrovu Bakıya gətirən əsas səbəb regionun Rusiyanın nəzarəti altından çıxmasıdır. Xüsusilə Avropa İttifaqı mülki missiyasının Ermənistanda yerlışdirilməsi və Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə görüşü Rusiyada belə qənaət yaradıb ki, artıq Cənubi Qafqaz regionu Kremlin nəzarətindən çıxır:
"Lavrovun səfəri məhz regionda Rusiyanın təsir dairəsinin artmasına, Azərbaycan-Ermənistan danışıqlarında kənar təsirlərin neytrallaşdırılmasına hesablanıb".
Mehman