"Artıq günlərdir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri müzakirə olunur. Bu səfərin xüsusilə Azərbaycan-Rusiya müttəfiqlik sazişinin bi iliyi, separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyanin vəzifədən getməsi və son zamanlar danışıqlarda vasitəçiliyin Qərbin əlinə keçməsi (Brussel formatı) fonunda baş tutması təsadüfi deyil".
Bu fikirləri Newscenter.az-a səsləndirən siyasi ekspert Ülviyyə Məmmədli deyib ki, Ukrayna cəbhəsində Qərbə uduzan Rusiya Qafqaz bölgəsindəki təsir rıçaqlarını qorumağa çalışır:
"Azərbaycan XİN başcısı Ceyhun Bayramovun son müsahibəsində "Mühüm məsələlər müzakirə olunacaq" deməsi ondan xəbər verir ki, rəsmi Bakı və Kreml bir birilərinə nədəsə güzəştə gedə bilərlər".
Ülviyyə Məmmədli vurğulayıb ki, Prezident İlham Əliyevin Münhendə Laçın yolunda Nəzarət Buraxılış Məntəqəsi yaratmaqla bağlı fikirləri Kremli narahat edir:
"Lavrov bunun qarşısını almağa çalışacaq. Həmçinin, Azərbaycan Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrini zərərsizləşdirmək üçün güc yolundan istifadə barədə də düşünür ki, bu da Moskvani narahat edən məsələlərdəndir. Düşünürəm ki Paşinyanın Qərbə yönəlik addimlarindan qiciqlanan Rusiya onu bu və ya başqa şəkildə Azərbaycanin əliylə cəzalandırmağa çalışa bilər".
Eksöertin sözlərinə görə, Azərbaycan-Ermənistan sülh danışıqlarının məhz Moskvanin nəzarətində plana uyğun olaraq vaxtının uzadilmasını, həmçinin Kremlin hər iki tərəfə bir "Soft Power" nümayişi mümkündür:
"Digər mövzu Rusiyanın regionda özünün nəzarətiylə kommunikasiyaların açilmasinda maraqlı olması və bununla sanksiyalarin vurduğu zərbələrin yumşaldilmasını arzulaması ola bilər. Hər halda əsas məqsəd Qərbin Rusiyanı regiondan vurub çixarmaq, onun planlarını pozmaqdır. Moskvanin istəyinə çatıb-çatmayacağını zaman göstərəcək".
İnqilab