Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Türkiyə səfərinin siyasi və mənəvi əhəmiyyəti -ÖZƏL

Prezidentin Türkiyə səfərinin siyasi və mənəvi əhəmiyyəti


“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən həftə sonu qardaş Türkiyəyə işgüzar səfər etməsi həm mənəvi, həm də siyasi cəhətdən mühüm əhəmiyyət kəsb edirdi”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı dövlət başçısının Türkiyəyə səfərinə münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədrinin sözlərinə görə, Azərbaycan prezidentinin qardaş ölkəyə səfəri mənəvi baxımdan ona görə önəmli idi ki, bu səfərlə rəsmi Bakı bir daha Azərbaycanla Türkiyənin xoş günıərdə olduğu kimi, ağrılı-acılı günlərdə də bir yerdə olduğunu həm hər iki ölkənin cəmiyyətinə, həm də dünya ictimaiyyətinə nümayiş etdirdi:

“Bildiyiniz kimi zəlzələ baş verən ilk saatlardan etibarən Azərbaycan dövləti, onun müvafiq qurumları cənab Prezidentin tapşırığı əsasında hərəkətə keçərək qardaş Türkiyəyə yardımlar göndərdi. Günümüzdə də Türkiyədə zəlzələdən zərər çəkmiş türk qardaşlarımıza yardımlar davam edir. Səfərin siyasi əhəmiyyətinə gəlincə, son vaxtlar qardaş ölkədə dağıdıcı zəlzələnin baş verməsindən sonra müəyyən güclər yaranmış vəziyyətdən istifadə edərək Türkiyə dövlətinə təzyiqləri artırmağa, Ərdoğan hakimiyyətinə qarşı qapa piar kampaniyası aparmağa başlayıblar. Belə bir durumda dövlət başçısının Türkiyədə səfər etməsi siyasi baxımdan o mesajı verirdi ki, Ankaranı hədəf seçənlər öz növbələrində Bakını da qarşılarında görəcəklər”.

Arzuman Muradlının sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentlərinin ikitərəfli görüşlərində regional məsələlər, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, görülən işlər də müzakirə edilib ki, bu mövzular da kifayət qədər aktualdır.

Mehman
Xəbəri paylaş