Qazaxıstanın Almaniyaya neft ixracına başlayıb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, ilk mərhələdə Astana bu ölkəyə 20 min ton neft göndərməyi nəzərdə tutur.
Qazaxıstan Milli Neft Nəqliyyatı Şirkətinin (KazTransOil) verdiyi açıqlamada qeyd olunub ki, Almaniyaya ixrac üçün göndərilən 20 min ton Polşa sərhədindəki Adamova Zastava neft terminalına çatdırılıb.
Bəyanatda qeyd olunur ki, neftin Adamova Zastava terminalına ötürülməsi üçün Rusiyanın neft və qaz nəqli şirkəti Transneft-in boru kəmərlərinə neft vurulub.
Cari il ərzində “KazTransOil” Almaniyaya daha 1,2 milyon ton Qazaxıstan neftini nəql etməyi düşünür.
Natiq