Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rus-fransız-erməni planı -XOCALI SOYQIRIMI

Rus-fransız-erməni planı


Xocalıda törədilən soyqırım bir gün, iki gün, üç günün planı deyil idi. Bu plan 1988-ci ildə başlanan Ermənistanın Azərbaycana təcavüzkar siyasətinin nəticəsi olaraq bir il müddətinə hazırlanmış idi. Niyə məhz 26 fevral tarixi seçildi? İlk bu suala qısa cavab verək..

Tarix: 26 fevral 1918-ci il. Cənubi Azərbaycanın Urmiya ərazisi. Rus polkovnikin rəhbərliyi altında erməni, aysor və kürdlərdən ibarət dəstə azərbaycanlıların yaşadığı əraziyə hücum edərək soyqırın həyata keçirirlər. Rusların başçılığı, ingilis və Amerikanın himayəsi altında olan ermənilərin həmin gün beş mindən çox Urmiya sakinin vəhşicəsinə qətl edildi. Qırğının 1-ci günü Urmiya şəhərinin Əsgərxan məhəlləsi məhv edildi. Qırğının 2-ci günü gecə yarısı Çalbaş və Dikəli məhəllələrində top səsləri eşidildi, …günahsız insanların çığırtısı qulaq batırırdı. Şəhərin mərkəzindəki Hacı Müstəşarın karvansarasına toplanan qatillər küçədən keçən hər kəsi öldürdülər.

Plan : 1991-ci ilin dekabrında artıq Fransa, Rusiya və İranda yüksək səviyyədə bilirdilər ki, ermənilər Azərbaycanın və xüsusilə o zaman diplomatik yolla bizə kömək etmək istəyən Türkiyəyə ciddi xəbərdarlıq olacaq əməliyyat hazırlanmış idi. Bunun üçün erməni lobbisi böyük miqdarda pul xərcləmiş idi.

Fransadan və Rusiyadan kifayət qədər silah alındığı üçün onlar sakitcə kənarda durmuşdular. İran isə ərazidə olan tikililərin dəmir, daşlarına göz tikmiş idi. Amma sonradan İran nə düşündüsə Bakıya xəbərdarlıq elədi. Amma bizimkilər ciddiyə almadılar onu.

“Asala” terror təşkilatına məxsus hərbi düşərgədə təlim görmüş 26 nəfərlik mütəşəkkil qrup artıq yanvar ayından Xankəndində idilər və 366 -ci polkun komandiri Yuri Zarviqarovun razılığı ilə Xocalı üzərinə hazırlanan hücum planında iştirak etmək üçün hazır idilər.Xocalı soyqrımı günü Fransadan göndərilən 142 ədəd avtomat, 7 min 600 ədəd güllə , 460 ədəd bronijilet, 11 ton konservləşdirilmiş yemək, min iki yüz cüt ayaqqabı (altı cür ölçüdə), 146 ədəd tapança... ermənilərin istifadəsinə verildi. Amerikada istehsal olunmuş 149 ədəd ratsiya də ermənilərə paylanıldı. Xocalı soyqrımı günü Ermənistan Müdafiə Nazirliyinin hərbi kəşfiyyat xidmətinin təlimatçı-müşavirlərinin bir qismi Fransadan gəlmişdi. Yəni, bu adamlar vaxtilə ayrı-ауrı illərdə Fransa SQ-də təhlükəsizlik və kəşfiyyat işləri ilə məşğul olmuşdular.

Əməliyyatda 366-ci polkun artilleriya diviziyası, zenit artilleriyası, tank rotası, 23 ədəd PDM-i, ruslardan ibarət 463-cü əlahiddə kimyəvi mühafizə hissəsi, 909 saylı əlahiddə kəşfiyyat batalyonu iştirak edib. 1992 -ci il 23 yanvarında 366-cı polkun 194 nəfər ləzgi, tatar, qazax , özbək və ürək qızdırmadıqları digər müsəlman əsgərlərini tərxis ediblər. Tərxis olunan hərbçilərin yerini isə Fransa, ABŞ, Liviya və sair kimi ölkələrdə fəaliyyət gostərmiş terrorçularla doldurublar.

Fransa, Liviya, İran, Amerika, Rusiya və daha bir neçə ölkədən 30 dan çox jurnalist həmin günü BTR zirehli maşının içində soyqırımı canlı çəkirdilər...

25-i fevralda bütün əməliyyatda iştirak edənlərə məclis təşkil edilir, süfrədə hər cürə içki ilə yanaşı İrandan alınan narkotik maddələr də var idi. Hətta sonradan bu soyqırımda iştirak edənlərdən bir neçəsi etiraf etmişdi ki, onlar içki və narkotikdən sonra beyinlərində ancaq kimlərisə öldürmək, qan tökmək formalaşmış idi.

Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taborun qərargah rəisi Valeri Çitçyan rəhbərlik ediblər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilib. Dinc əhaliyə qarşı soyqırım cinayətlərində alayın hərbi qulluqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr Ayrapetyan və başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərləri fəal iştirak ediblər. Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Koçaryanın və başqa şəxslərin də olduğu istintaqla müəyyən edilib. Bu gün cinayətkarlardan 39 nəfərin adı bəllidir.

1992-ci il, 24 fevralda Xankəndində əsgərləri qarşısında çıxış edən polkovnik 25-gecəyə planlaşdıran hücumdan öncə deyib: “Sabahkı davamız dini savaşdır. Biz xristianları islamdan xilas etməliyik, ona görə bacardıqca daha çox türk-müsəlman öldürün”

Xocalı soyqrımından sonra 366-cı alayda xidmət edən digər Xocalı soyqırımı zamanı 366-cı motoatıcı alayın xüsusi şöbəsinin (№02270) rəisi olmuş Rusiya Federasiyasının Baş Kəşfiyyat Idarəsinin polkovniki Vladimir Romanoviç Savel­yevin bu alayın ermənilər tərəfindən azər­baycanlılara qarşı döyüşlərdə iştirakı barədə yazır: “Əslində millətlərarası münaqişəyə cəlb olunmuş 366-cı alay ətrafında həmin problemlər daha qabarıq nəzərə çarpır. Hərbi əməliy­yatlarda alayın ermənilər tərəfinə keçib azərbaycanlıları qırması, hərbi texnika və silahları ermənilərə verməsi məsələsi artıq siyasi əhəmiyyət daşıyırdı. Polkovnik Zaviqarov və başqa vəzifəli şəxslər Xocalı istiqamətindəki döyüş nöqtələrini ləğv etmək haqqında ordu və dairə komandanlığının rəsmi icazəsilə Xocalı istiqamətində gedən əməliyyatlarda ermənilərlə birləşdi. Nəticədə bir gün ərzində 49 nəfər azərbaycanlı meydanlara yığılıb güllələndi. Qərargah rəisi, pod-polkovnik Sergey Kraumnin, birinci motoatıcı batalyonnun komandiri, polkovnik Arkadi Moiseyev, ikinci batalyonun komandiri mayor Serj Ohanyan, üçüncü batalyonun komandiri mayor Qavril Nabokix, kapitan İshaq Lixodyan ayrı-seçkilik edir. Dinc əhalini zonalardan uzaqlaşdırarkən ermənilərlə daha çox məşğul olurdular. Köçürmə zamanı 58 nəfər azərbaycanlı öldürüldü. Mayor Aşin Simonyan 26 nəfərlik dəstəsi ilə Xankəndinə gəldikdən sonra 366-cı alayın içərisində asanlıqla öz dayaqlarını qura bildilər. Polkovnik Yevgeni Zaviqarova nəğd 36 min ABŞ dollarını tanışlıq üçün “hədiyyə” etdilər. Məlumata görə, 23-cü diviziyanın komandiri general-mayor Brois Budeykin polkovnik Zaviqarovu buna görə ittiham edib”

Xocalı soyqırımından iki gün sonra burda olmuş hər bir şəxs yüksək mükafat, bahalı qızıl hədiyyələr aldılar. Rus sülhməramlı adı ilə gəlmiş 366 -cı alay silahların böyük hissəsini ermənilərə verib getdilər . Asala və digər terrorçular Ermənistan ərazisindən İrana keçərkən ordan da xaricə getdilər..

Düşmən elə bilir ki , biz bunu bilmirik. Amma yanılır. Biz hər şeyi bilirik və 30 il gözləyib Qarabağı azad etdiyiniz kimi Xocalının da qisasını alacağıq.

Dosent Zaur Əliyev
Xəbəri paylaş