Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Ukrayna ordusuna məxsus Kiyevdəki elektron kəşfiyyat mərkəzi və Xmelnitskidəki xüsusi əməliyyat mərkəzini vurduqlarını açıqlayıb. Newscenter.az Rusiya mediasına istinadən xəbər verir ki, Konaşenkov Rusiya ordusunun Ukraynaya hücumlarının davam etdiyini bildirib.
Rusiya Silahlı Qüvvələrinin operativ taktiki və hava qüvvələrinin, raket və artilleriya birləşmələrinin Ukrayna ordusunun atəş mövqeləri, hərbi hissələri və texniki maşınlarının yerləşdiyi əraziləri vurduğunu qeyd edən Konaşenkov, indiyə qədər Ukraynanın 390 təyyarə, 211 helikopter, 3 min 248 pilotsuz uçuş aparatı, 406 hava hücumundan müdafiə raket sistemi, 8 min 58 tank və zirehli texnika, 1045 reaktiv yaylım atəşi sistemi, 4 min 228 haubitsa və minaatan məhv edildiyini deyib.
Natiq