“Son 20-30 ildə işçi və işəgötürən arasında münasibətlər əsaslı olaraq dəyişib. Əvvəllər işə qəbul edilən işçi hansı bir müəssisəyə işə qəbul olunduqdan sonra böyük bir karyera yolu keçirdi. Məsələn, fəhlə kimi müəssisədə işə başlayan biri müəyyən dövrdən sonra hətta həmin müəssisənin rəhbəri səviyyəsinədək yüksələ bilirdi. İndi isə şirkətlərin üzərində çox böyük məsuliyyət var: işçini işə qəbul etmək kifayət etmir, onu həm də işdə saxlamaq lazımdır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri HR mütəxəssisi Sevinc Qarakişiyeva səsləndirib. O bildiirb ki, müasir dövrdə işçilər iş həyatları boyunca müxtəlif işəgötürənlərlə çalışmağa üstünlük verirlər. Hətta bir çox hallarda irəlilədikləri karyera yolunda iş profillərini 6-8 dəfə dəyişdirirlər:
“Sizcə, bir iş yerində karyera “pilləkənlər”ini axıradək çıxmaq yaxşıdır, yoxsa fərqli-fərqli sahələrdə və fərqli işəgötürənlərlə özünü sınamaq?”
Anar