Son illərdə tez-tez rəhbəri dəyişikliyi olan Space televiziya kanalına Vado Karovinin gətirilməsindən sonra telekanalda kütləvi ixtisarlar başlayıb. Belə ki, yeni rəhbərlik işçiləri kütləvi şəkildə işdən çıxarıb.
Newscenter.az-a sabiq əməkdaşın verdiyi xəbərə görə, Vado Karovin hər kəsi bir-bir yanına çağıraraq işdən çıxmaq barədə ərizə yazmağı tələb edir. Qısa müddət ərzində Karovinin 50-yə yaxın televiziya əməkdaşını işdən kənarlaşdırdığı bildirilir. Bunların içərisində televiziyanın "Xəbərlər" departamentinin, "Səhər" proqramının rəhbərlikləri də var.
Qeyd edək ki, Space telekanalına yeni rəhbər təyin olunan Vado Karovin Bakılı Oğlanlar Klubunun təmsilçisi olub.
Natiq