Belarus səmasında qəzaya uğrayan Rusiyaya məxsus hərbi təyyarənin belaruslu fəallar tərfindən vurulduğu iddia edilir. Newscenter.az haber7.com-a istinadən bildirir ki, belarus müxalifətinin təmsilçiləri Rusiya hərbi təyyarəsinin pilotsuz uçuş aparatı (PUA) ilə vurulduğunu bildiirblər.
Belarus müxalifət lideri Svetlana Tsixanouskayanın müşaviri Franak Viacorka da hücumda iki belarus “partizanının” iştirak etdiyini bildirərək, PUA-ların Beriyev A-50 təyyarəsinin radar antenası və avionikası da daxil olmaqla ön və orta hissələrini zədələdiyini bildirib. . Hücumu həyata keçirən iki nəfərin hazırda Belarus xaricində təhlükəsiz şəraitdə olduğunu qeyd edən Viacorka, "Belarusda rus hibrid işğalına qarşı müqavimət göstərməyə davam edən və Ukraynanın azadlığı üçün mübarizə aparan bütün belaruslarla fəxr edirəm" deyib.
Natiq