“Rəcəb Tayyib Ərdoğan, Türkiyə siyasəti tarixinə çoxsaylı qalibiyyətlərlə adını yazdırıb. 20-illik hakimiyyəti dövründə Türkiyə üçün çox böyük işlərə imza atıb”.
Bu fikirləri Newscenter.az-a səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Ərdoğan Turkiyəni istər siyasi, istərsədə iqtisadi baxımdan dünyanın qabaqcıl ölkələri sırasına daxil edə bilib:
“Türkiyə, onun siyasəti nəticəsində ölkədə çox böyük layihələrə imza atıb və bölgənin geosiyasi oyunçusu kimi bütün sahələrdə söz sahibidir.Biz bunun bariz nümunəsi kimi, işğaldan azad olunmuş torpaqlarımızı göstərə bilərik. Bölgədə imperialist qüvvələrin dəstək verdiyi terror təşkilatlarına qarşı möhtəşəm mübarizə vardır və bu mübarizədən dolayı çox böyük göstəricilərə imza atılmışdır. Hansı ki, Türkiyə terrorla mübarizədən ən çox əziyyət çəkən ölkələr sırasında idi. Bu siyasətin gücü, iqtisadi inkişaf baxımından da çox mükəmməl hesab edilə bilər. Nəticələr dünyanın inkişaf etmiş ölkələrinin bir çoxunu geridə buraxa bilmişdir”.
Çingiz Şahbazinin sözlərinə görə, Ərdoğan, Türkiyəyə rəhbərlik edən şəxslərin içində yeganə rəhbərdir ki, ölkənin xarici siyasətini, sərbəst və cəsarətli şəkildə həyata keçirir:
“Bu siyasət daxildə olduğu kimi, xaricdə də birmənalı qəbul edilmir”.
Mehman