“Ermənistanla sülh müqaviləsi üzərində aparılan işlərin Türkiyəyə aid hissəsində də dəqiqləşdiriləsi məsələlər vardır. Bura Ermənistanın Türkiyəyə qarşı olan iddiaları və Paşinyanın Türkiyə ilə əlaqələrə dair zəmanətlər istəməsi kimi istəklər də müzakirə obyekti olmamış deyildir”.
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri və orada regional məsələlərin müzakirı edilməsinı münasibət bildirərkən səsləndirib. Politoloq qeyd edib ki, Azərbaycan Prezidentinin Münhen səfəri və onun sonrasında Ermənistan və Qarabağda baş verən hadisələr, Rusiyanın mövqeyinin prosesə göstərdiyi təsirlər barədə ciddi müzakirə olunası faktlar olduğu da məlumdur:
“Nəticə etibarı ilə Türkiyə Prezidenti ilə Azərbaycan Prezidentinin regionun gələcəyi ilə əlaqəli qərarların verilməsi gözlənilən bir geosiyasi dövrdə qarşılıqlı ortaq mövqelərin dəqiqləşdirilməsi ən əsas məsələ olduğu kimdəsə şübhə doğurmur”.
Mehman