"İlin əvvəlindən etibarən ölkədə ərzaq qiymətlərində kəskin artım qeydə alınıb. Qiymət artımı keçən ilin müvafiq dövrü ilə müqayisədə 20-25 faiz çoxdur". Bu fikirlər İqtisadi Təhsil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında əksini tapıb.
Mərkəzdən Newscenter-az-a daxil olan açıqlamada qeyd edilib ki, qiymət artımı daha çox kənd təsərrüfatı məhsulları, kərə yağı və pendir, duru yağlar, ət və ət məhsulları, eləcə də təmizləyici vasitələrdə qeydə alınıb. Mərkəz hesab edir ki, qiymət artımında süni amillər də əsas rol oynayır:
"Əgər kərə yağı və təmizləyici vasitələr, həmçinin şəkər və şəkər tozunda qiymət artımına müəyyən mənada Rusiya-Ukrayna müharibəsi təsir etsə də, lakin kartof və soğanın qiymətinin artmasını birbaşa sözügedən müharibə deyil, süni amillərlə əlaqələndirmək olar. Çünki ölkədə kifayət qədər kartof və soğan əkib becərilir. Sadəcə bəzi işbazlar süni şəkildə kartof və soğanın da qiymətini artırırlar".
Mərkəz hesab edir ki, Novruz bayramı ərəfəsində ərzaq məhsullarında qiymət artımı daha da kəskin şəkildə özünü büruzə verəcək.
Natiq