“Azərbaycanla Rusiya arasında müttəfiqliklə bağlı əməkdaşlığın dərinləşməsi bütün regiona müsbət impuls verəcək”.
Newscenter.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
S.Lavrov qeyd edib ki, ölkələr siyasi, iqtisadi və ticari əməkdaşlığı fəal şəkildə inkişaf etdirir: “Belə ki, ilin sonunda ticarət dövriyyəsinin rekord həcmdə olacağı, həmçinin yanacaq və bir sıra digər sahələrdə əməkdaşlığın artacağı gözlənilir”.
Onun sözlərinə görə, tərəflər həmçinin “Şimal-Cənub” layihəsi çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.
Rusiya XİN rəhbəri əlavə edib ki, Rusiya Azərbaycanın postmünaqişə dövründə inkişafına bundan sonra da müsbət təsir göstərməyə hazırdır.