“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərinin Azərbaycan ilə Rusiya arasında bağlanmış "Müttəfiqlik müqaviləsi"nin il dönümü ərəfəsinə düşməsi və prezident İlham Əliyev ilə görüşdə buna xüsusi vurğulanması tərəflərin bundan sonra qeyd edilən istiqamətdə atacağı addımlar olduğu qənaətini hasil edir. Hesab etmək olar ki, xüsusi ilə vurğu edilən və gözləntilər arasında Ermənistanla sülh müqaviləsi məsələsi gündəmin əsas müzakirə məsələsi olacaq”.
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, sülh məsələsində ortada olan anlaşma mətni və dəqiqləşdirilməli olan məsələlər üzərində fikir mübadiləsinin olacağı da mütləqdir:
“Bundan başqa Lavrovun söz etdiyi böyük iqtisadi layihələr fikri də bəzi fikirlər yaradır. Görünən odur ki, Rusiya indiki gərgin geosiyasi durumda düşdüyü vəziyyəti qismən dəyişmək üçün Azərbaycanla hansısa iqtisadi layihələr həyata keçirmək planları qurur. Bura enerji daşıyıcılarının, müəyyən məhsulların Azərbaycan ərazisindən ötürülməsi kimi məsələlər ola bilər”.
Politoloqun sözlərinə görə, sülh müqaviləsi barədə optimist olmasaq da, yenə də ümid edir ki, Lavrovun gəlişi müəyyən məsələlərin dəqiqləşməsində öz rolunu oynayacaq.
Mehman