Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq prosesinə başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq prosesinə başlayıb


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq prosesinə start verilib.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, bu gündən başlanan məşqlərdə yığmamızın əsas heyətinin hazırda Bakıda olan və ölkə çempionatında çıxış edən üzvləri, həmçinin digər milli oyunçular iştirak edirlər. Məşqlərin həftədə 4-5 gün keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, millinin baş məşqçisi məsələsinə ölkə çempionatı bitdikdən sonra baxılacaq. Bu səbəbdən indiki hazırlıq prosesi Faiq Qarayevin nəzarətində yerli məşqçilər tərəfindən keçirilir.

Oruc
Xəbəri paylaş