Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya: Amerika Ukraynada kimyəvi silah təxribatı edəcək -ÖZƏL

Rusiya: Amerika Ukraynada kimyəvi silah təxribatı edəcək


Birləşmiş Ştatlar Ukraynada kimyəvi silah təxribatı etməyi düşünür. Newscenter.az Türkiyənin akşam qəzetinə istinadən xəbər verir ki, bunu Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov iddia edib.

Moskvada keçirdiyi mətbuat konfransında Kirillov deyib ki, bu məqsədlə artıq Amerika bir qatar dolu kimyəvi maddəni Ukraynanın Kramatorsk qəsəbəsindəki Kusbişev metallurgiya zavoduna yerləşdirib:

"Yaxın günlərdə Rusiyanın Ukrayna ordusuna qarşı əməliyyatlar keçirdiyi ərazilərdə həmin maddələrdən istifadə ediləcək və Rusiyanın Ukraynaya qarşı kimyəvi silah tətbiq etdi görüntüsü yaradılacaq".

Mehman
Xəbəri paylaş