“Qardaş ölkə Türkiyədə zəlzələ nəticəsində on minlərlə insanın həyatını itirməsi və milyonlarla insanın evsiz-eşiksiz qalmasına rəğmən, dövlət strukturlarının və bütün vacib inzibati və ictimai tikililərin yıxılaraq istifadəsini itirməsindən dolayı, öncədən may ayının 14-ə təyin olunmuş prezident və parlament seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı rəsmi açıqlama verilmədi və ölkənin rəsmi simaları seçkilərin təxirə salınması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən, bu məsələnin hazırda müzakirə edilmədiyini qeyd etdilər”.
Bu fikirləri Newscenter.az-a səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, bütün vaxtlarda Türkiyədə keçirilən seçkilər vacib və kritik hesab edilib:
“Amma, bu il keçiriləcək prezident seçkiləri Türkiyə üçün daha əhəmiyyətli hesab etmək olar. Bunun əhəmiyyətini ölkənin daxilində və regionda cərəyan edən hadisələrə və geosiyasi maraqlara uyğun olaraq nəzər salsaq və üzərinə dünyada baş verənləri əlavə etsək görərik ki, Türk xalqının edəcəyi seçim nəinki daxili və regional siyasi və iqtisadi çərçivəyə, hətta dünyada gedən proseslərə, yeni dünya düzəninə öz təsirini göstərəcəkdir”
Mehman