"Türkiyədə 2023-cü il prezident seçkilərinin mayın 14-də keçirilməsi nəzərdə tutulur Zəlzələylə əlaqədar seçkinin təxirə salınmayacağını da Məhəmməd Altuğ bildirdi. Onu qeyd etmək vacibdir ki, R.T.Ərdoğanın Türk xalqı arasında nüfuzu kifayət qədər yüksəkdir Paralelində 6-lı masa əleyhinə təbliğat da güclüdür".
Bu fikirləri Newscenter.az-a səsləndirən siyasi ekspert Ülviyyə Məmmədli deyib ki, lakin Türkiyədə keçiriləcək seçkilər qlobal çaplı məsələyə çevrilib və Qərb Ərdoğanın hakimiyyətdən getməsi üçün əlindən gələni edir:
"Türkiyədəki zəlzələ və təbi fəlakətin kritik ilk 2 günündə axtarış xilasetmə işlərinin adekvat olmaması minlərlə insanın həyatı bahasına səbəb oldu. Xalqın etirazlarının güclənməsi Ərdoğanı millətindən halallıq istəməyə vadar etdi. Eyni zamanda tikinti sektoruna nəzarətin olmaması səbəbindən dağıntı və itkilərin sayının artması, 45 milyardlıq "Zəlzələ vergisi"nin taleyi, zərərçəkənlərə yardım etməli olan "Qızılay"ın çadır biznesiylə məşğul olması kimi reallıqlar da hakim Ədalət və İnkişaf Pariyasının (AKP) nüfuzuna zərbı vurdu".
Ülviyyə Məmmədli deyib ki, Ərdoğanı məğlub etmək üçün müxalifətin irəli sürəcəyi namizədin kim olduğu da vacibdir:
"Müxalif Kemal Kılıçtaroğlunun son Amerika səfərini və Türkiyədə antiAmerika ab-havasının güclü olduğunu nəzərə alsaq sayın Kemalın şansi yoxdur. Ümumilikdə, Türkiyədə xarici və daxili qüvvələrin Ərdoğan əleyhinə təbliğatı genişlənir. Nəticədə Ərdoğanın şansı azalır".
Ekspert sonda onu da deyib ki, Türkiyənin dünyanin 10 ən inkişaf etmiş dövlətinə çevrilməsi xalqın seçimindən asılıdır:
"Seçicilər rəsmi Ankaranın 2053-cü il inkişaf vektorunu müəyyən edəcəklər. Ərdoğan iqtidardan gedəcəyi təqdirdə Azərbaycanla münasibətlərdə dəyişiklik olacağinı güman etmirəm. Türkiyənin Qərblə daha da yaxınlaşacağı, Amerikayla münasibətlərin mülayimləşəcəyi dəqiqdir. Türkiyənin xarici siyasətdə kəskin dönüşlər etməsi real görünmür".
İnqilab