Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhəri başda olmaqla 10-a yaxın vilayətində baş verən dağıdıcı zəlzələ ilə bağlı araşdırma və həbslər davam edir.
Təbii fəlakətdə vəfat sayının çox olması, hündürmərtəbəli yaşayış bunalarının tamamilə çökməsi həmin binaları inşa edən tikinti şirkətləri ilə bağlı araşdırmaların aparılmasına yol açıb.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, aparılan araşdırmalar nəticəsində bu günə qədər 203 nəfər tikinti şirkəti rəhbəri və ya memar, mühəndis həbs edilib.
Mehman