Son günlər Ermənistanda revanşizm meyilləri daha da güclənib. Xüsusilə, Avropa İttifaqının mülki missiyasının bu ölkəyə gəlməsi ermənilərdə belə əhval-ruhiyyə yaradıb ki, tezliklə Azərbaycana qarşı yeni əməliyyata başlamaq olar. Düşünürlər ki, onlar hərbi əməliyyata başlasalar belə, guya Azərbaycan Ermənistandakı Aİ-nin mülki missiyasından ehtiyyat edib cavab tədbirləri görməyəcək.
Hərbi ekspert Ədalət Verdiyev isə ermənilər arasında yayılan revaşist fikirlərin mənasız olduğunu, sadəcə gülünc doğurduğunu deyib. Newscenter.az-a hərbi ekspert bildirib ki, 44 günlük müharibədən keçən döcr ərzində hələ də verdikləri itkini müəyyənləşdirə bilməyən, Azərbaycan ərazilərindı məhv edilən əsgərlərinin cəsədlərini toplayıb qurtarmayan bir öılkənin, yaxud onun vətəndaşlarının revanşizmdən danışması utanmazlıqdır:
"30 aydır cəsədlərini toplayıb qurtara bilməyən fərarilər utanmaz utanmaz revanşdan bəhs edirlər".
Ədalət Verdiyev diqqətə çatdırıb ki, sentyabr hadisələri də daxil omaqla 44 günlük müharibədən sonra Azərbaycan Ermənistana 422 erməni hərbçinin meyitini və qalıqlarını qaytarıb. Onun sözlərinə görə, Azərbaycan müharibədən sonra ümumilikdə 173 hərbi qulluqçu və mülki şəxsi də Ermənistana təhvil verib.
Mehman