Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

5 mart Bədən Tərbiyəsi və İdman Gününün məktəblərdə də qeyd edilməsi təqdirəlayiqdir -ÖZƏL

5 mart Bədən Tərbiyəsi və İdman Gününün məktəblərdə də qeyd edilməsi təqdirəlayiqdir


"Sağlam bədəndə sağlam ruh" olar prinsiöindən çıxış edərək deyə bilərəm ki, 5 mart Bədən Tərbiyəsi və İdman Gününün respublikanın ümumtəhsil müəssisələrində də qeyd edilməsi təqdirəlayiq haldır. Bu kimi tədbirlər şagirdlərdə idmana marağı daha da artırmış olur, onları gənc yaşlarından pis vərdişlərdən uzaqlaşdırır.

Bu fikirləri Newscenter.az-a Təhsilə Dəstək və Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Ruhiyyə Mehdiyeva verib. İctimai Birlik sdəri deyib ki, 5 mart Bədən Tərbiyəsi və İdman Günü ilk illər rəmzi xarakter daşıyıb məhdud çərçivədə qeyd edilsə də, son illər bu tədbir bütün respublika miqyasında, eyni zamanda orta ümumtəhsil müəssisələrində geniş qeyd edilir:

"Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd edilməsi təsadüfi deyil. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub".

Qeyd edək ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.

Oruc
Xəbəri paylaş