"Rusiya ilə Ukrayna arasında sülhün əldə edilməsinin yalnız bir yolu var. O da Rusiya qoşunlarının Ukraynadan çıxarılmasıdır".
Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, Alnaniya kansleri Olaf Şolz belə bir açıqlama ilə çıxış edib. Almaniya kansleri Berlində Latviyanın Baş naziri Krisjanis Karins ilə görüşdükdən sonra keçirdiyi birgə mətbuat konfransı bunları deyib.
Görüşdə NATO-nun şərq cinahındakı təhlükəsizlik vəziyyətinin müzakirə edildiyini deyınŞolz hazırkı vəziyyətdə avropalı tərəfdaşlar arasında birlik, həmrəylik və birgə fəaliyyətin vacibliyinə diqqət çəkib.