Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan torpaqları kimi, vətəndaşlarına da sahib çıxmağa qadirdir -ÖZƏL

Azərbaycan torpaqları kimi, vətəndaşlarına da sahib çıxmağa qadirdir


“Qarabağın erməni sakinləri ilə Azərbaycan rəsmilərinin görüşləri müsbət addımdır və bu kimi görüşlər Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası baxımından əhəmiyyətlidir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycan öz torpaqlarına sahib çıxdığı kimi, vətəndaşlarına da sahib çıxmağa qadirdir:

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi Qarabağda yaşayan erməni sakinlər Azərbaycan Respublikasının vətəndaşlarıdır və onlar Azərbaycan vətəndaşlığını qəbul edərək digər vətəndaşlarımız kimi dövlətimizin imkanılarından yararlana bilərlər”.

İqbal Məmmədov deyir ki, belə görüşlərin keçirilməsi Qarabağın erməni sakinləri üçün daha faydalıdır:

“Çünki onlar uzun illərdir ki, Qarabağdakı separatçıların, eləcə də Ermənistan hakimiyyətinin girovuna çevriliblər. Qarabağın erməni sakinləri indi anlayırlar ki, istər Ermənistan hakimiyyəti, istərsə də separatçılar bu illər ərzində onlardan bir vasitə kimi istifadə ediblər. İşğal illərində Qarabağın bütün yeraltı və yerüstü sərvətlərini talayan, mənimsəyən Ermənistan məmurları, Qqarabağ separatçılarının liderləri bunun qarşılığında oranın erməni sakinlərinin heç bir qeydinə qalmayıb, yaşam tərzlərinin yaxşılaşdırılması istiqamətində addımlar atmayıblar. İndi Qarabağın erməni sakinləri üçün fürsət yetişib ki, Azərbaycan cəmiyyətinə inteqrasiya edib normal şəkildə yaşasın, dövlətimizin imkanlarından yararlansınlar”.

İqbal Məmmədiv hesab edir ki, Qarabağın erməni sakinıəri ilə görüşlərin keçirilməsi onların qayğıları, problemlərinin öyrənilməsi, həmin problemlərin birlikdə həll edilməsi baxımından əhəmiyyətlidir:

“Bu ilk görüşdür və belə görüşlər davam etdikcə anlaşmalar, ümumi razılaşmalar da çox olacaq və tədricən Qarabağın erməni sakinləri Azərbaycan cəmiyyətinə inteqrasiya olunacaqlar”.

Qeyd edək ki, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin olunan Ramin Məmmədov martın 1-də Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Görüşdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Anar
Xəbəri paylaş