Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bölgənin geopolitik quruluşu sürətlə dəyişir -ÖZƏL

Bölgənin geopolitik quruluşu sürətlə dəyişir


"Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkəmizə iki günlük işgüzar səfəri əhəmiyyətli hadisədir. Regionun siyasi mənzərisinə nəzər yetirdikdə aydın şəkildə müşahidə olunur ki, bölgənin geopolitik quruluşu sürətlə dəyişir və regionda ciddi siyasi proseslər gedir".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, səfərin əsas gündəliyini Azərbaycan-Ermənistan münasibətləri və Rusiyanın vasitəçilik rolu təşkil etdi ki, rəsmi Moskva İrəvan rəhbərliyinin qərbpərəst siyasət izləməsindən narahatdır və bununla bağlı artıq mütamadi şəkildə öz kəsgin mövqeyini nümayiş etdirir:

"Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Ermənistanın mövqeyi ilə bağlı səsləndirdiyi "Ermənistan adlı ölkənin yox ola bilər" fikiri, İrəvan- Moskva gərginliyinin şiddətini göstərir. Rusiyanı narahat edən digər bir nüans isə Bakı-İrəvan danışıqlarında Brüssel və Vaşinqtonun aktivlik göstərməsidir. Kreml özünün nufuz dairəsinə əlavə güclərin təsir etməsini müsbət qarşılanmır".

AVP rəsmisi deyir ki, ancaq Ermənistan tərəfinin danışıqlarda sərgilədiyi qeyri-konstruktiv yanaşma Moskvanın maraqlarına uyğun gəlmir. Paşiniyan hakimiyyəti bu üsulla Rusiya təsirindən uzaqlaşıb Qərbin maraqlarına xidmət etmək məqsədi güdür. Bu proses isə ilk öncə Ermənistan üçün təhlükəlidir. Çünki Rusiyanın Ermənistanda hələdə ciddi siyasi, iqtisadi və hərbi varlığı var ki, həmin güc hər an Ermənistanda ciddi dəyişikliklər etmək iqtidarındadır".

Mehman
Xəbəri paylaş