Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin də Ukrayna “bataqlığına çəkilir?

Çin də Ukrayna “bataqlığına çəkilir?


ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiyaya ölümcül silahların verilməsi iddiası ilə bağlı Çinə xəbərdarlıq edib. N. Praysın sözlərinə görə, Çin Rusiyaya ölümcül silahlar ötürərsə, buna görə cavab verməli olacaq.
O deyib ki, belə bir hərəkət həmçinin Çinin imicinə zərbə vuracaq: “Bu həm də rəsmi Pekinin müharibədə neytral mövqe tutması ilə bağlı əvvəlki bəyanatlarının yalan olduğunu göstərəcək".

N.Prays bildirib ki, Çinin Rusiyaya silah verməsi Ukrayna xalqı üçün faciəvi nəticələrə səbəb ola bilər.
Daha əvvəl müxtəlif mənbələr, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns rəsmi Pekinin Ukraynada istifadə olunması üçün Rusiyaya ölümcül silahların verilməsini nəzərdən keçirdiyini bildirmişdi.
ABŞ Prezidenti Cozef Bayden Çinin Rusiyaya ölümcül silahlar verəcəyi təqdirdə bu dövlətə sanksiya tətbiq ediləcəyini deyib.

İranın Rusiyaya tədarük etdiyi “Şahed” PUA-ları tükənir. Bununla əlaqədər olaraq Moskvanın Pekinin timsalında özünə alternativ axtarması mümkündür. Yəqin ki, yaıxn gələcəkdə tərəflər arasında əlaqə daha da güclənəcək.

Hazırda Qərbin üç əsas rəqibi var: Rusiya, İran və Çin. Bu dövlətlərdən ilk ikisi ilə bağlı “düymə artıq basılıb”. Məlum olduğu kimi, Rusiya Ukraynada “bataqlığa çəkilib”. İran isə daxildəki aksiyalar fonunda “silkələnir”. Eyni zamanda Rusiyaya tədarük edilən “Şahed”lərlə əlaqədər Tehrana sərt sanksiyalar tətbiq olunur. İndi növbə, yəqin ki, Çindədir.

Əlbəttə, Pekin Qərb üçün Moiskva və Tehrana nisbətən daha ciddi rəqibdir. Buna baxmayaraq, yəqin ki, tərəflər arasında müasibət yaxın gələcəkdə daha da gərginləşəcək.

Qarşıdakı həftələrdə Qərb mediasının Çinin Rusiyaya silahlar verməsi barədə məlumatları tirajlaması və bu “kartdan” istifadə edərək Pekinə təzyiq göstərməsi mümkündür. Əslində Çin – Rusiya əməkdaşlığı Qərbə sərf edir. ABŞ və müttəfiqləri bundan istifadə edərək Çini sıxışdıracaqlar.

Gələcəkdə Çin və Rusiya arasında hərbi əməkdaşlığın güclənməsi gözləniləndir. Bu baş verərsə, Ukraynadakı müharibənin miqyası böyüyəcək. Və savaş regional yox, qlobal səciyyə daşıyacaq.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş