Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DİN-in məktəblərdə narkomaniya əleyhinə apardığı maarifləndirmə tədbirləri təqdirəlayiqdir -ÖZƏL

DİN-in məktəblərdə narkomaniya əleyhinə apardığı maarifləndirmə tədbirləri təqdirəlayiqdir


“Narkotik istifadəçilərinin sayının artması, ölkədə narkomaniyanın cavanlaşması fonunda orta məktəblərdə narkomaniya əleyhinə maarifləndirici tədbirlərin keçirilməsi təqdirəlayiqdir”.

Bu fikirləri Newscenter.az-a Təhsilə Dəstək və Gənclərin Maarifləndirmə İctimai Birliyinin sədri Ruhiyyə Mehdiyeva səsləndirib. İctimai Birlik sədri deyib ki, xüsusilə Daxili İşlər Nazirliyinin bu istiqamətdəki fəaliyyəti daha çox effektiv xarakter daşıyır:

“Daxili İşlər Nazirliyinin paytaxt və regionlarda məktəblilərlə keçirdiyi maarifləndirici xarakter daşıyan görüşlər gənclərimizdə nəinki narkotikanın insan sağlamlığı üçün zərərli olduğu fikrini formalaşdırır, eyni zamanda ondan istifadənin gələcək nəsillər üçün də fəsadlar yarada biləcəyi təsəvvürünü formalaşdırır”.

İctimai Birlik sədri deyib ki, narkotacirlər bir qayda olaraq gəncləri, məktəb yaşlı uşaqları öz torlarına salmağa çalışır, onlardan narkokuryer kimi istifadə etməyə cəhd göstərirlər:

“Ancaq son illərdə ölkənin hüquq-mühafizə orqanlarının həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində qeyd edilən istiqamətdə nəzərə çarpan mənfi tendensiyalar azalmağa başlayıb”.

Sevinc
Xəbəri paylaş