Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğanın mövqeyi Türkiyə xalqı qədər Azərbaycan üçün də məqbul sayıla bilər -ÖZƏL

Ərdoğanın mövqeyi Türkiyə xalqı qədər Azərbaycan üçün də məqbul sayıla bilər


"Turkiyədə Qərbin bəzi qüvvələrini özünə arxa və məqbul hesab edən müxalifət və onların təsiri altına düşmüş böyük kütlə var. Onların da ozünə məxsus olduğu iddia və iradları vardır. Bu iradların haqsız yerə olduğunu iddia etmək düzgün olmazdı. Amma, bu kimi iradlar heç də indiki həssas məqamlarda və kritik dönəmlərdə faydalı ola bilməz".

Bu fikirləri Newscenter.az-a səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Türkiyə prezidenti Ərdoğanın mövqeyi Türkiyə və xalqı üçün nə qədər məqbuldursa, bir o qədər də Azərbaycan üçün məqbul sayıla bilər:

"Bizim ölkəmizdə də qardaş ölkədə olduğu kimi, Ərdoğanın yürütdüyü siyasətə qarşı münasibət fərqlidir. İnsanlar Qərbin şirin vədlərinə asanlıqla inanır və bir qism siyasilər isə öz məqsədlərinə çatmağı, Türkiyəni yenidən ələ keçirməyə çalışan imperialist qüvvələrin dəstəyi ilə həyata keçirmələrini düşünürlər. Məhz bu səbəbdən hazırda davam edən siyasəti davam etmək üçün, Ərdoğanın yenidən seçilməsi lazımdır".

Çingiz Şahbazi deyib ki, bu bizim ölkəmiz acısından da vacibdir:

"Çünki Ərdoğanın hakimiyyəti dövründə Azərbaycan siyasi və iqtisadi inkişaf baxımından əhəmiyyətli lahiyələrə imza atmışdır. İşğalçı Ermənistanı və onun havadarları üzərində möhtəşəm qələbələrimiz, məhz Ərdoğanın siyasi dəstəyindən dolayı baş vermişdir.Əks təqdirdə biz Azərbaycan xalqı olaraq məhz Qarabağ məsələsində, on illərlə haqlı vəziyyətdən haqsız duruma düşdük və ikili standartların haqsız tələblərinə məruz qaldıq. Bu seçimlər başa çatana qədər Türkiyə cümhuriyyətinin ərazilərində təxribatlar törətməyə cəhdlər ola bilər və inanıram ki, türk xalqının və onun prezidenti Ərdoğanın cəsarəti düşmən mövqelərinə lazımı cavabı verə biləcək. Türkiyə və Azərbaycan, həmçinin Türk İslam dünyası, Turan ölkələri bütün olanları dərk edir və Ərdoğanın yenidən Türkiyə prezidenti postuna seçilməsinin tərəfdarıdır".

Mehman
Xəbəri paylaş