Hövsanda ödəmə terminalından 6 minə yaxın pul oğurlanıb.
Newscenter.az-a Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinin qarşısından içərisində 5926 manat pul olan ödəmə terminalını oğurlamaqda şübhəli bilinən digər şəxs – Allahverdi Rzayev də müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Mehman