Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İraqda türkmən dili də rəsmi dillər sırasına daxil edildi -ÖZƏL

İraqda türkmən dili də rəsmi dillər sırasına daxil edildi


Bundan sonra İraqın Kərkük vilayətində türkmən dili də rəsmi yazışma dili sırasında yer alacaq. Newscenter.az trthaber-ə istinadən bildirir ki, İraqın baş naziri Məhəmməd Şiya es-Sudani bununla bağlı xüsusi tapşırıq verib.

İraqın rəsmi xəbər agentliyi olan İNA-nın məlumatına görə, baş nazir Sudani Kərkükdə rəsmi yazışmalarda ərəb və kürd dillərindən əlavə türkmənlərin də ana dili olan türkməncə yazıb-oxumasına şərait yaradılması barədə müvafiq qurumlara göstəriş verib.

Qeyd edək ki, buna qədər Kərkükdə yalnız ərəbcə və kürdcə yazışmalar keçərli sayılırdı.

Mehman
Xəbəri paylaş