"Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya Rusiyanın mesajlarını çatdırmaq üçün gəlmişdi". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb.
Analitik Qrupdan Newscenter-az-a bildirilib ki, Rusiya XİN rəhbərinin səfəri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanmasına nail olmağa hesablansaydı, o halda Lavrov Bakıdan İrəvana gedərdi:
"Son vaxtlar Azərbaycanın Laçın yolunda gömrük postu və nəzarət buraxılış məntəqəsinin qoyulması mümkünlüyü barədə bəyanatı, bunu dövlət başçısı İlham Əliyevin də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərdə bəyan etməsi Kremldə narahatlıq yaradıb. Moskva bu narahatlığını XİN rəhbərinin vasitəsiylə Bakıya çatdırmış oldu".
Analitik Qrup hesab edir ki, Lavrov Bakıdan birbaşa İrəvana getsə və Ermənistandan da Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün müəyyən tələblər etsə, o halda Rusiyanın səmimiyyəti və doğurdan da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maraqlı olduğuna inanmaq olardı.
Mehman