Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lavrovun səfəri nəylə yadda qaldı? -ÖZƏL

Lavrovun səfəri nəylə yadda qaldı?


“Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri mühüm proseslər fonunda baş verirdi. Sergey Lavrov Bakıda olarkən həm Rusiya-Azərbaycan Ekspert Şurasının iclasında iştirak etdi, həm də azərbaycanlı həmkarı ilə görüşərək bir sıra mühüm məsələləri müzakirə etdi”.

Bu fikirləri Newscenter.az-a politoloq İlyas Hüseynov Sergey Lavrovun Azərbaycana səfərinin nəticələrini şərh edərkən səsləndirib. O bildirib ki, səfər ərəfəsində ən diqqət çəkən mühüm məsələ Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı zamanı səsləndirdiyi təkliflərlə bağlı nümayiş etdirilən mövqe oldu:

“Prezidentin də qeyd etdiyi kimi Laçın yolunda nəzarət buraxılış məntəqələrinin yaradılması bölgədə sülhün, təhlükəsizliyin, sabitliyin qorunması baxımından mühüm məsələdir. Bütün bunların əldə edilməsində irəli sürülmüş ən konstruktiv bir təklifdir. Çünki iki ildən artıq müddət ərzində biz bu yoldan qeyri-humanitar məqsədlər üçün istifadə edildiyinin şahidi olmuşuq. Buna dair çoxsaylı faktlar, sübut və dəlillər var”.

İlyas Hüseynov onu da deyib ki, Milli Məclisin deputatı Ramin Məmmədovun Xocalıda Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Qarabağın ermıni sakinləri ilə görüşünün baş tutması da məhz Sergey Lavrovun Bakı səfəri ilə əlaqələndirilə bilər:

“Düşünürəm ki, burada müəyyən əlaqələr var. İstənilən halda belə bir görüşün keçirilməsi etnik ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası kimi qiymətləndirilməlidir. Bu proses artıq başlayıb və getdikcə daha da dərinləışməlidir”.

Anar
Xəbəri paylaş