Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mədəniyyət nazirinin iki müavini işdən çıxarılıb, yeni müavin təyin edilib

Mədəniyyət nazirinin iki müavini işdən çıxarılıb, yeni müavin təyin edilib


Azərbaycanın mədəniyyət nazirinə yeni müavin təyin edilib.

Newscenter.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Səadət Vidadi qızı Yusifova mədəniyyət nazirinin müavini təyin olunub.

Dövlət başçısının digər sərəncamları ilə Vaqif Əliyev mədəniyyət nazirinin birinci müavini və Sevda Məmmədəliyeva isə nazir müavini vəzifəsindən azad edilib.


Sevinc
Xəbəri paylaş