Bu gün Rusiya sülhməramlılarının Xocalıda yerləşən qərargahında Milli Məclisin deputatı Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qarabağın erməni sakinləri ilə keçirdiyi görüşə cəmiyyət tərəfindən müxtəlif münasibət sərgilənib. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Xocalı görüşünü şərh edərkən Newscenter.az-a bildirib ki, buzlar əriməyə başlayır və proseslər məhz cənab İlham Əliyevin iradəsinə uyğun məcrada inkişaf etməkdədir:
Millət vəkilinin sözlərinə görə, artıq Ermənistan da, Qarabağdakı erməni əsilli vətəndaşlarımız da 2023-cü ilin son şans olduğunu dərk etməyə başlayır:
"Əlbəttə, güc sahibi kimi məcburetmə tədbirləri tətbiq etmək hüququmuzu həmişə özümüzdə saxlayırıq, amma müzəffər lider cənab İlham Əliyevin ilk qayəsi proseslərin mümkün qədər yumşaq keçidinin təmin olunmasıdır. İşinin peşakarı olan Ramin Məmmədovun da ona göstərilən yüksək etimada uyğun şəkildə məhz bu ali iradənin reallaşmasına öz layiqli töhfələrini verəcəyi şübhə doğurmur".
Mehman