Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası istiqamətində ilk addım

Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası istiqamətində ilk addım


Rusiya sülməramlılarının Xocalıda müvəqqəti yerləşmiş qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə təmas üzrə məsul şəxsi Ramin Məmmədovun erməni sakinlərin təmsilçiləriylə görüşü keçirilib.

Newscenter.az-ın xbərinə görə, sözügedən görüş barədə fikirlərini bildirən “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, bu kimi görüşləri süngü ilə qarşılamaq yersizdir. İctimai Birlik sədrinin sözlərinə görə, Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikasının vətəndaşları olduqlarından Azərbaycan dövləti onların da çətinlikləri, üzləşdikləri problemlərlə maraqlanmalı, həmin problemlemlərin həlli istiqamıtində addımlar atmalıdır:

“Cənab Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikasının sakinləridir, vətəndaşlarıdır. Onlar da yaxın gələcəkdə Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri təqdirdə hər bir ölkə vətəndaşı kimi Qarabağ erməniləri də Azərbaycan əhalisinin yaralana bildiyi bütün hüquqlardan istifadə edə biləcəklər”.

Arzuman Muradlı deyib ki, əslində bu kimi görüşlər Qarabağda yaşayan sadə ermənilərə daha çox lazımdır:

“Çünki onlar illərdir ki, İrəvanın, Qarabağda yaradılan separatçı rejimin əsirinə çevriliblər. İndi onların bütün bu buxovlardan azad olub daha yaxşı yaşaması üçün əlverişli şərait yaranıb. Düşünürəm ki, Qarabağın erməni sakinləri bu fürsətdən daha məhsuldar istifadə edərək Azərbaycan cəmiyyətinə inteqrasiya etmək, Azərbaycan vətəndaşı kimi bütün hüquqlardan, dövlətimizin öz vətəndaşına tanıdığı bütün imkanlardan yararlana biləcəklər. Hesab edirəm ki, Rusiya sülməramlılarının Xocalıda müvəqqəti yerləşmiş qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə təmas üzrə məsul şəxsi Ramin Məmmədovun erməni sakinlərin təmsilçiləriylə görüşü onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsi istiqamətində ilk addımdır”.

Mehman
Xəbəri paylaş