Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TSK helikopterləri 1500 tondan artıq yardım daşıyıb -ÖZƏL

TSK helikopterləri 1500 tondan artıq yardım daşıyıb


"Türkiyə Silahlı Qüvvələrinin helikopterləri zəlzələdən zərər çəkmiş rayonlara humanitar yardım çatdırmaqla yanaşı, yaralıları ətraf əyalətlərdəki xəstəxanalara da çatdırır. Adanadakı İncirlik 10-cu Tanker Baza Komandanlığında 70-ə yaxın helikopterə təyin olunmuş pilotlar, texniki işçilər və personal uçuşlar vasitəsilə zəlzələdən zərər çəkənlərə yardım daşıyıb".

Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, bunu İncirlik 10-cu Tanker Baza Komandanlığı TSK Helikopter Koordinasiya Mərkəzinin quru aviasiya koordinasiya zabiti, polkovnik Ali İhsan Akçay deyib.

O bildirib ki, zəlzələ bölgəsindən helikopterlər vasitəsilə 700-dən artıq xəstə, 1500 tondan artıq isə yük daşınıb.

Mehman
Xəbəri paylaş