"Qərb ölkələrində Ərdoğanın qəbul edilməsini təmin etmək və düşünmək çətindir. Çünki, Qərbin siyasi dairələrinə Ərdoğanın yürütdüyü siyasət gərək deyil".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, Ərdoğanın yürütdüyü siyasətin nəticəsidir ki, Türkiyənin Qərbin iqtisadi cəhətdən bazarlarına rəqib olaraq inteqrasiyası baş verib və bütün bunlar azmış kimi, Azərbaycan və digər müsəlman ölkələrə arxa çıxır və imperialist ölkələrin iqtisadi baxımdan sömürücü siyasətlərinə qarşı çıxaraq, hər kəsi beynəlxalq huquqa dəvət edir:
"Bu siyasətin müəllifi kimi dünyanın bir çox böyük ölkələrinin siyasi dairələri Türkiyə prezidenti Ərdoğanı özlərinə qarşı ciddi rəqib hesab etməyə başladılar və ona qarşı birgə mübarizə aparılır. Başda ABŞ prezidenti olmaqla bir çox ölkə başçısı və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri açıq şəkildə Ərdoğanın hakimiyyətdən getməsini təmin etmək üçün öz çirkin niyyətlərini bəyan ediblər. Türkiyə seçicisinin mövqeyi belə bunların düşmənçiliyi acısından görməzdən gəlinir və hətta Ərdoğanın devrilməsi barədə bəyanatlar səsləndirib".
Mehman