Birləşmiş Ştatlar Çinlə mübahisəli durumda olan Tayvana F-16 qırıcı təyyarələrində istifadə edilən raketlərin satışına qərar verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Vaşinqton 619 milyon dollarlıq müqaviləni təsdiqləyib.
ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, müqavilə əsasında Tayvana 100 ədəd "AGM-88B HARM" tipli radar əleyhinə və "AMRAAM" tipli 200 ədəd raket satmağı qərarlaşdırıb.
Müqavilə Tayvanın hava hücumundan müdafiə qabiliyyətini, regional təhlükəsizliyini gücləndirəcək.
Mehman