Qətər, Moqadişu administrasiyası, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və ABŞ nümayəndələri Somalinin təhlükəsizlik, dövlət quruculuğu, inkişaf və humanitar prioritetlərini müzakirə etmək üçün Vaşinqtonda bir araya gəlib.
Newscenter.az haber7.com-a istinadən xəbər verir ki, tərəflər Moqadişu administrasiyasının Əl-Şabab terror təşkilatına qarşı mübarizəsinə dəstək vermək barədə razılığa gəliblər. Bunun üçün beynəlxalq koordinasiyanı gücləndirmək ümumi razılıq əldə edilib.
Qeyd edək ki, "Əl-Qaidə" terror təşkilatının Şərqi Afrika qolu olan Əl-Şabab terror təşkilatına qarşı Moqadişu administrasiyası xeyli müddətdir mübarizə aparır. Koalisiya qüvvələri terror təşkilatına qarşı mübarizənin effektivloiyini artırmaq üçün Somaliyə 61 ton silah göndərib.
Mehman