"Azərbaycan 44 günlük müharibə ilə həm regional, həm də beynəlxalq reallığı dəyişib, yeni geosiyasi vəziyyət yaratdı və bu reallığı istər münaqişə ilə əlaqəli tərəflər, istərsə də regiondan kənar tərəflər qəbul etdilər və ya qəbul etmiş kimi göründülər".
Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, ən azı bu günə kimi yaranan yeni reallığın kimsə tərəfindən qəbul edilmədiyinə dair heç bir etiraz səsləri olmadı:
"Etiraz səsləri yaranan reallıqdan sonra tərəflərin maraqlarına, yəni yeni reallığın yaratdığı şəraitdə gəlinən vəziyyətə oldu. Kimsə müharibədən öncəki reallığa qayıtmaqdan danışmadı. Bu da Azərbaycanın mövqeyinin haqlı olduğunu isbat etdi. Razı və narazı tərəflər yeni reallıqlar çərçivəsində onların maraqlarının nə dərəcədə qorunması mübarizəsi yoluna daxil oldular. Tərəflər bu və ya digər şəkildə yeni müttəfiqliklər və ya tərəfdarlar əldə etməyə çalışırlar. Bunun üçün bəzi ölkələr öz daxilində saxladığı niyyətlərini məcbur açmağa, bəziləri hələ də ikili oynamağa, bu məsələdə Azərbaycan və Türkiyə kimi qalib ölkələr isə digər ölkələrin oyunlarını açmaq və onu pozmaq üçün fəaliyyətə keçdilər. Belə bir durumda regionda sülh məqsədi ilə fəaliyyətin nəticələrini proqnoz etməyin əsl vaxtıdır”.
Mehman