"Azərbaycanda dövlət müstəqilliyi möhkəmlənib, sosial-iqtisadi inkişafa nail olunub, dünya iqtisadiyyatına inteqrasiyaya başlanılıb".
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov deyib ki, bütün bunlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən aparılan siyasət nəticəsində mümkün olub:
"Azərbaycan Qafqazın və Xəzər regionunun geosiyasətində əhəmiyyətli rol oynamağa başlayıb. Azərbaycan yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin Qara və Xəzər dənizləri regionunda tutduğu mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin maraqlarının kəsişdiyi geosiyasi mərkəzə çevrilmişdir".
Səyavuş Qasımov qeyd edib ki, neft və qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sayəsində Xəzər regionu XXI əsrdə dünyanın əhəmiyyətli regionlarından birinə çevrilib.
Mehman