Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Qoşulmama Hərəkatına yeni nəfəs verib -ÖZƏL

Azərbaycan Qoşulmama Hərəkatına yeni nəfəs verib


“Azərbaycan bir qayda olaraq təmsil olunduğu təşkilatlarda özünün aktivliyi, təşəbbüskarlığı ilə seçilən ölkələrdəndir. Bu sıraya Qoşulmama Hərəkatını da aid etmək olar. Azərbaycanın bu qurumdakı fəaliyyəti çox da uzun zaman kəsiyini əhatə etməsə də, lakin bu müddət ərzində ölkəmiz sanki sözügedən təşkilata əlavə bir nəfəs verərək onun səmərliliyini, aktivliyini daha da artırıb”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Azərbaycan 2011-ci ildə sözügedən təşkilatın tam hüquqlu üzvü olduqdan sonra onun ən faəl, aktiv üzvlərindən birinə çevrilib:

“Mən deyərdim ki, Azərbaycanın Qoşulmama Hərəkatındakı aktiv mövqeyi, rolu bu təşkilata yeni bir nəfəs gətirdi, onun fəaliyyətini daha da canlandırdı”.

Arzuman Muradlı onu da vurğulayıb ki, xüsusilə COVİD-19 pandemiyası dövründə Azərbaycan təşkilatın üzvü kimi pz təşəbbüskarlığı, uğurlu fəaliyyəti ilə seçildi:

“Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, Qoşulmama Hərəkatının sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı”.

Arzuman Muradlı hesab edir ki, məhz Azərbaycan Prezidentinin təşkilatda uğurlu fəaliyyətinin nəticəsidir ki, Cənab İlham Əliyevin sözügedən quruma sədrliyi daha bir il uzadıldı və 2023-cü ilə qədər Azərbaycan bu hərəkata sədrlik edəcək:

"Məlumat üçün qeyd edim ki, 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşü keçirildi. Həmin Sammit zamanı Hərəkatda Sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçdi”.

Mehman
Xəbəri paylaş