Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük Kürdüstan layihəsi

Böyük Kürdüstan layihəsi


Böyük Kürdüstan layihəsi. Layihə XIX əsrdən gəlir. Bu gün daha da aktuallaşıb. Şəkildəki bölgələri əhatə etməlidir. Əsas dəstəkçiləri Amerika, İsrail və bəzi Qərb dövlətləridir. Təkcə Böyük Kürdüstan layihəsi yox idi, eyni zamanda Böyük Ermənistan layihəsi var idi. Daha doğrusu kürdləri, erməniləri bunlara inandırmışdılar. Layihənin rəhbərləri ingilislər və yəhudilər idi. Bu iki kukla dövləti ilə bölgəyə daha asan nəzarət etmək, enerjiyə malik olmaq məqsəd idi.
Bütün yollar Böyük İsrailə gedir. İl 2023-dür və Azərbaycan Ərbildə konsulluq açmaq fikrindədir. Bağdad Prezidenti ilə görüşlər keçirilir. Bundan əvvəl isə Misir Prezidenti Sisi səfər etmişdi. MOSSAD-dan xəbərsiz regionda quş uçmaz. İsrail İran üçün blokada şəraiti yaradır. Bunun üçün də Ərbil, Bağdad və Bakı üçlüyü mühüm rola malikdir. Tel-Əvivlə Tehran konflikti dini konfliktdir. Güc amilini də qata bilərsiniz. Amma bu da gedib dini amilə bağlanacaq nəticədə. İsrailin koridorunun bir ucu Səudiyyə sərhədindən tutmuş Suriya, Şimali İraq və Bakıya kimidir.

İsrailin Azərbaycana önəm verməsinin əsas səbəblərindən biri də budur.

Desəniz ki, Bakı-Tehran qarşıdurması ola bilərmi? İstısna etmirəm. İranın nüvəyə sahib olmasına az qaldı. İran potensial gücdür. Təkcə əmmaməli mollalardan ibarət deyil. Petrolda 4-cü, qazda 2-ci yerdədir. Həmçinin sənayəsi də inkaş etməkdədir. Maşın istehsalı olsun, silah istehsalı olsun və sair. İrana bu qədər sanksiya tətbiq edilməsə idi, bəlkə də, G7 sırasında idi.

Azərbaycan İranla hər cür diplomatik krizlərdən uzaq durmağa çalışmalı, xarici aktorların maraqlarının qurbanı olmamalıdır. Amma İran təhdidini artırdığı təqdirdə Azərbaycan özünə koalisiya qurmalıdır və susqunluq nümayiş etdirməməlidir.

Konfliktoloq Elman Vəliyev
Xəbəri paylaş