Türkiyənin Çanaqqala şəhərində içməli suya olan tələbat artdığından və daxili su mənbələrində su çatışmamazlığı yarandığından yerli bələdiyyə müəyyən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalıb.
Newscenter.az trthaber-ə istinadən buna səbəb 54 milyon 115 min kubmetr su tutumu olan Atıkhisar bəndində suyun miqdarının 23 milyon kubmetrə enməsidir.
Bundan dolayı Çanaqqala Bələdiyyəsinin qərarı ilə su istehlakına məhdudiyyət tətbiq edilib.
Aprelin 30-na kimi qüvvədə olacaq qərara əməl etməyənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Mehman