"Azərbaycanın sürətli inkişafı, uğurlu xarici və daxili siyasəti, eyni zamanda dövlət-din münasibətlərinin effektiv tənzimlənməsi üçün iki amil mövcuddur. Bunlardan birincisi Heydər Əliyevin qoyduğu sağlam bünövrə, digəri isə bu bünövrə üzərində Ümummilli Liderimizin layiqli siyasi varisi, Prezidentimiz İlham Əliyevin qurduğu uğurlu strategiyadır".
Newscenter.az xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib. O bildirib ki, Ümummilli liderimiz Heydər Əliyev 10 oktaybr 1993-cü ildə andiçmə mərasimində bunu belə ifadə etmişdir: "Xalqımız öz dininə qayıtdı. İslam dini dünyada öz tarixi yerini tutmuşdur. Xalqımızın mənəviyatına, elminə qüdrətinə, zəkasına İslam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz, mədəniyətimiz bir çox hallarda İslam dini vasitəsi ilə nəsildən-nəsilə keçib, indi böyük milli sərvətimiz kimi bu günkü nəsillərə çatmışdır. Azərbaycanda İslam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır".
Əkrəm Həsənov deyib ki, ümummmilli liderimiz Heydər Əliyevin dedikləri həqiqətdə baş verdi və onun əsasını qoyduğu milli mənəvi dəyərlərin cəmiyyətdə formalaşması, İslamın elmi əsaslarla tətqiq edilib öyrənilməsi və yaşanması prosesi hazırda ölkə rəhbərimiz olan İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır.
Mehman