Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya Alpaqut Federasiyasının AMADA ilə birgə əməkdaşlığı müzakirə olunub

Dünya Alpaqut Federasiyasının AMADA ilə birgə əməkdaşlığı müzakirə olunub


Dünya Alpaqut Federasiyası Dünya Antidopinq Agentliyinə (AMADA) üzv ola bilər.

Newscenter.az xəbər verir ki, bu barədə hər iki qurumun rəhbərliyi səviyyəsində keçirilən görüşdə fikir mübadiləsi aparılıb.

Həmçinin, Dünya Alpaqut Federasiyasının Azərbaycan Nümayəndəliyinin AMADA ilə birgə əməkdaşlığı müzakirə olunub.
Müzakirələrin sonunda AMADA-nın Alpaqut bölmələri ilə maarifləndirici tədbirlərin həyata keçirilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Dünya Alpaqut Federasiyasının prezidenti, Milli Məclisin deputatı Jalə Əhmədova, Federasiyanın vitse-prezidenti Emil Rəhimov və İdarə Heyətinin sədri Vasif Namazov Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilə görüşüblər.

Ruhiyyə
Xəbəri paylaş