Əlcəzair Prezidenti Azərbaycana səfərə dəvət edilib.
Newscenter.az-ın xəbərinə görə, dəvəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman ilə görüşü zamanı edib.
Belə ki, Baş nazir Əlcəzair Prezidenti Abdelmacid Tebbunun səmimi salamlarını dövlət başçısına çatdırıb.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını və ölkəmizə səfər etməklə bağlı dəvətini Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş edib.
Mehman