"Bu gün dünyanın iki qütbə bölünməyə doğru getdiyinin şahidi oluruq. Biri özünü demokratik qütb hesab edən Qərbin ətrafındakı Avropa, bir də Rusiya, Çin, İranın təşkil etdiyi Avrasiya qütbü".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımovun sözlərinə görə, Hindistan və ərəb ölkələrinin isə hər iki tərəfə eyni məsafədə olduğu, Orta Asiya, Cənubi və Şimali Afrika, Cənubi Amerikanın qütblərə münasibətinin əsas təşkil etmədiyi, yəni söz sahibi olmadığı bir dünyada regional olaraq Azərbaycan və Ermənistanın əsas özlərini hansı qütbün yanında görməsi bu ölkələr üçün həlledici olacaq:
"Sülh buna əsasən baş tutacaq, ya əksi olacaq. Bu seçimdə hər iki ölkənin özünü dayaya biləcəyi bir və ya bir neçə dayağı olduğu əsas rol oynayır. Azərbaycan üçün bu məsələ artıq həll edilmiş məsələdir və Türkiyənin onun təhlükəsizliyinə təminat verdiyi "Şuşa bəyannaməsi" ilə öz təsdiqini tapıb. Azərbaycan buna əlavə olaraq Pakistan, İsraillə də təhlükəsizlik baxımından çox güclü bağlar qurub, hansıki bu deyilənləri Ermənistan barəsində demək olmaz. Ermənistanın dərdi qurmağa çalışdığı təhlükəsizlik yastığıdır. Elə bu məsələ də sülhün uzanmasını şərtləndirən faktordur. Ermənistan təhlükəsizlik məsələsini həll edən kimi sülh üçün real addımlar atacaq".
Mehman