Fransada enerji böhranı yaşanmaqdadır. Newscenter.az Türkiyə mediasına istuinadən xəbər verir ki, xüsusilə ölkə miqyasındakı çörəkbişirmə müəssisələrində bu böhran yaşanır.
Belə ki, Fransada elektrik enerjisinin qiymətinin artması çörəkbişirmə müəssisələrinin fəaliyyətində ciddi problemlərə yol açıb. Müəssisə rəhbərləri onlara müəyyən güzəştlərin tətbiq edilməsini istəsələr də, lakin müvafiq dövlət qurumları enerji böhranı fonunda hansısa istehsalçı sahiblərinə əlavə güzəşt etmək barədə fikirləşmədiklərini bildiriblər.
Bu səbəbdən yaxın günlərdə çörəkbişirmə müəssisələrinin işçilərinin kütləvi aksiyaya başlayacağı bildirilir.
Mehman