Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev zəngin irs qoyub -ÖZƏL

Heydər Əliyev zəngin irs qoyub


“Ölkəmizdə dövlət-din münasibətinin formalaşması, dinin vətəndaşlarımız tərəfindən öyrənilib tətqiqat obyekti kimi həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov səsləndirib. O bildirib ki, bu sahədə ulu Öndərimiz zəngin irs qoymuşdur:

"Bu irsin öyrənilməsi və təbliği ancaq tarixi baxımdan deyil, eyni zamanda gələcəkdə din sahəsinin istiqamət prosesini düzgün müəyyənləşdirmək və yönləndirmək baxımından xüsusi əhəmiyət kəsb edir".

Əkrəm Həsənov qeyd edib ki, Azərbaycanın sürətli inkişafı, uğurlu xarici və daxili siyasəti, eyni zamanda dövlət-din münasibətlərinin effektiv tənzimlənməsi üçün iki amil mövcuddur:

"Bunlardan birincisi Heydər Əliyevin qoyduğu sağlam bünövrə, digəri isə bu bünövrə üzərində Ümummilli Liderimizin layiqli siyasi varisi, Prezidentimiz İlham Əliyevin qurduğu uğurlu strategiyadır".

Mehman
Xəbəri paylaş