Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda 7 ballıq zəlzələyə hazırlıq -ÖZƏL

İranda 7 ballıq zəlzələyə hazırlıq


İranın paytaxtı Tehranda 7 bal gücündə zəlzələ ehtimalına qarşı xilasetmə tədbirləri təlimi keçirilib.

Newscenter.az IRNA-ya istinadən xəbər verir ki, təlimlə bağlı ölkə mətbuatını məlumatlandıran Böhran Vəziyyətlərinin Qarşısının Alınması və İdarə Edilməsi İdarəsinin sədri Əli Nasiri "Təlim Tehranda baş verə biləcək zəlzələ üçün hazırlıq səviyyəsini yüksəltmək və koordinasiya etməkdir" deyə vurğulayıb.

Fay xəttində çoxlu qırılma olması səbəbindən Tehranda böyük zəlzələlərin ola biləcəyinə işarə edən Nasiri, “Biz bu mümkün vəziyyətə hazır olmalıyıq" deyə sözlərinə davam edib.

Əli Nasiri təlimlərdə 27 hərbi, mülki, yardım və xidmət təşkilatının təlimlərə cəlb edildiyini qeyd edib.

Mehman
Xəbəri paylaş